Modern.az

Ukraynaya yardımımız dayanmayacaq - ABŞ-nin vitse-prezidenti

Ukraynaya yardımımız dayanmayacaq - ABŞ-nin vitse-prezidenti

Dünya

17 Fevral 2024, 17:54

ABŞ-nin Ukraynaya dəstəyi dəyişməz olaraq qalır və bundan sonra da davam edəcək.

 

Modern.az TASS-a istinadən xəbər verir ki, bunu ABŞ-nin vitse-prezidenti Kamala Harris Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşündə deyib.

 

“ABŞ Prezident Cozef Bayden və mən sizə, Ukrayna xalqına yardım məsələsində qətiyyətliyik”, - o deyib.

 

Xatırladaq ki, fevralın 13-də ABŞ Senatında Ukrayna, İsrail və Tayvana 95 milyard dollarlıq yardımın nəzərdə tutulduğu qanun layihəsinin alternativ variantını qəbul edib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Qarabağın azadlığından da böyük ZƏFƏR var