Modern.az

ABŞ Yəmən yaxınlığında raket və PUA-ları VURDU

ABŞ Yəmən yaxınlığında raket və PUA-ları VURDU

18 Fevral 2024, 09:24

ABŞ ordusu gəmiəleyhinə mobil qanadlı raketə və pilotsuz suüstü gəmiyə iki zərbə endirib.

 

Modern.az xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) məlumat yayıb.

 

Komandanlığa görə, Qırmızı dənizdə yerləşən Britaniyanın “MT Pollux” ticarət gəmisinə dörd gəmiəleyhinə ballistik raket buraxılıb. Agentliyin yazısında qeyd olunub ki, raketlər və pilotsuz aparatlar Yəməndə “Ənsar Allah” hərəkatının (husilər) nəzarətində olan ərazilərdən buraxılıb.

 

Məqalədə deyilir ki, bu ərazilərdə “MT Pollux” və ya hər hansı digər gəmiyə ziyan dəyməsi barədə məlumat yoxdur.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə