Modern.az

Haaqada iğtişaşlar - eritreyalılar etiraz edirlər

Haaqada iğtişaşlar - eritreyalılar etiraz edirlər

18 Fevral 2024, 09:33

Niderlandın Haaqa şəhərində iki qrup Eritreya vətəndaşının iştirakı ilə iğtişaşlar baş verib, polis gözyaşardıcı qazdan istifadə edib.

 

Modern.az "NL Times"a istinadən xəbər verir ki, iğtişaşlar tədbir pavilyonunun ərazisində iki qrup eritreyalılar arasında qarşıdurmadan sonra baş verib. İğtişaşçılar hüquq-mühafizə orqanlarının əməkdaşlarına daş, velosiped və yol nişanları atıblar.

 

Nəşr ANP agentliyinə istinadən vurğulayır ki, insident çərçivəsində iki polis maşını yandırılıb, pavilyonun şüşələri sındırılıb.

 

İştirakçılar polis furqonları və gözyaşardıcı qazın köməyi ilə dağıdılıb. Haaqa şəhərinin meri Yan van Zanen onun istifadəsinə icazə verib.

 

Nəşrin məlumatına görə, toqquşmanın nədən baş verdiyi və zərərçəkmişlərin olub-olmadığı hələlik məlum deyil.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə