İsrail Qəzza zolağındakı Rafah şəhərində quru əməliyyatının keçirilməsindən imtina etməyəcək.
Modern.az "Alman dalğası"na istinadən xəbər verir ki, bunu İsrail Baş naziri Binyamin Netanyahu bəyan edib.
Binyamin Netanyahu deyib ki, Rafahda əməliyyata mane olmaq istəyənlər son nəticədə İsraili müharibədə uduzmağa səsləyirlər. Baş nazir mülki şəxslərin təhlükəsiz yerlərə getməsindən sonra Rafahda hərbi əməliyyata başlanılacağını vurğulayıb.