Modern.az

Rusiyaya qarşı sanksiyalar səmərəsizdir - Prezidentdən etiraf

Rusiyaya qarşı sanksiyalar səmərəsizdir - Prezidentdən etiraf

18 Fevral 2024, 11:14

Avropa İttifaqının Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalar səmərəsizdir.

 

Modern.az BNS-ə istinadən xəbər verir ki, bu barədə Münxen Təhlükəsizlik Konfransında Litva Prezidenti Gitanas Nauseda deyib.

 

"Etiraf etməliyik ki, bütün bu sanksiyalar paketləri Rusiya iqtisadiyyatına çox məhdud təsir edib", deyə o bildirib.

 

Buna sübut kimi o, Rusiya Federasiyasının makroiqtisadi göstəricilərini göstərib.

 

Sanksiya təzyiqinin gücsüzlüyünün səbəbləri arasında Nauseda Aİ-nin tətbiq etdiyi məhdudiyyətlərdən yan keçmək imkanlarını qeyd edib.

Whatsapp
Bizə yazın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə