Modern.az

İraqın şimalında daha iki terrorçu MƏHV EDİLDİ

İraqın şimalında daha iki terrorçu MƏHV EDİLDİ

18 Fevral 2024, 12:23

İraqın şimalındakı “Pəncə-Kilid” əməliyyatı bölgəsində PKK-nın daha iki terrorçusu zərərsizləşdirilib.

 

Modern.az xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

 

Bununla da zərərsizləşdirilən terrorçuların sayı 8-ə yüksəlib.

 

Qeyd edək ki, fevralın 17-də terrorçularla silahlı qarşıdurmada Türkiyənin bir hərbçisi şəhid olub, digəri yaralanıb. "Biz şəhidlərimizin qanını heç vaxt yerdə qoymamışıq, qoymayacağıq!", - nazirliyin açıqlamasında deyilir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə