Modern.az

Rusiyaya məxsus daha bir Su-34 məhv edildi

Rusiyaya məxsus daha bir Su-34 məhv edildi

Dünya

18 Fevral 2024, 21:35

Ukrayna ordusu Rusiyaya məxsus daha bir Su-34 qırıcısını məhv edib.

 

Modern.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələrinin komandanı general-leytenant Nikolay Oleşçuk bildirib.

 

Onun sözlərinə görə, qırıcı Ukrayna hava hücumundan müdafiə qüvvələri tərəfindən səhər saatlarında vurulub.

 

Qeyd edək ki, Su-34 əməliyyat və taktiki dərinlikdə düşmənin yerüstü hədəflərinə raket və bombalı hücumlar həyata keçirmək, həmçinin düşmənin hava hədəflərini məhv etmək üçün nəzərdə tutulmuş səsdən sürətli qırıcı-bombardmançı təyyarədir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə