Modern.az

İsrail HƏMAS üzərində tam qələbəyə nail olmaq əzmindədir

İsrail HƏMAS üzərində tam qələbəyə nail olmaq əzmindədir

Dünya

19 Fevral 2024, 00:20

İsrail HƏMAS hərəkatı üzərində tam qələbəyə nail olmaq əzmindədir.

 

Modern.az xəbər verir ki, bu sözləri İsrail Dövlətinin Baş naziri Benyamin Netanyahu ABŞ-dakı yəhudi təşkilatlarının rəhbərliyi qarşısında çıxışı zamanı deyib.

 

“Biz HƏMAS üzərində tam qələbəyə nail olmaq əzmindəyik, bu da girovların azad edilməsi deməkdir. Bizim düsturumuz sadədir - güclü hərbi təzyiq və sərt danışıqlar mövqeyi", - deyə Netanyahu bildirib.

 

Baş nazir qeyd edib ki, İsrail ordusu Qəzza zolağında HƏMAS batalyonlarının dörddə üçünü məhv edib.

 

"Ümid edirəm ki, biz tezliklə girovların azad edilməsi ilə bağlı razılığa gələ biləcəyik", - deyə Baş nazir vurğulayıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə