Modern.az

İnce və Babacan da İstanbulda NAMİZƏD ÇIXARDILAR

İnce və Babacan da İstanbulda NAMİZƏD ÇIXARDILAR

Dünya

19 Fevral 2024, 09:46

Türkiyədə 31 martda keçiriləcək yerli seçkilərə qatılacaq daha bir siyasi partiya bir sıra namizədlərini açıqlayıb.

 

Modern.az TRT-yə istinadən xəbər verir ki, söhbət Cümhuriyyət Xalq Partiyasından (CHP) qopan Muharrem İncenin sədrlik etdiyi Məmləkət Partiyasından gedir.

 

 

Ən diqqət çəkən namizəd rəqabətin daha güclü olacağı İstanbul bələdiyyəsinin sədrliyinə olan namizəddir ki, burada partiya Berk Hacıgüzelleri irəli sürüb. Bundan başqa, Balıkesir, Hatay, İzmir və Uşak üzrə də namizədlər açıqlanıb.

 

Hakim Ədalət və İnkişaf Partiyasından ayrılan sabiq XİN başçısı Ali Babacanın DEVA Partiyası da İstanbul üçün namizədini elan edib. Bu, partiya sözçüsü İdris Şahindir. DEVA həmçinin Ankara və İzmir bələdiyyələrinə də namizədlərini irəli sürüb.

 

 

Qeyd edək ki, buna qədər İstanbul merliyi uğrunda yarışda iştirak edəcək 15 namizəd açıqlanmışdı.

Bu xəbər ilə bağlı
İstanbul meri olmaq istəyən 15 NAMİZƏD
Xəbəri oxu
Whatsapp
Bizə yazın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə