Modern.az

Zelenski mayın 21-dən sonra legitimliyini itirəcək – Eks-baş nazir

Zelenski mayın 21-dən sonra legitimliyini itirəcək – Eks-baş nazir

19 Fevral 2024, 10:35

Ukrayna prezidenti Vladimir Zelenski mayın 21-dən sonra səlahiyyət müddəti bitdiyi üçün legitimliyini itirəcək.

Modern.az xəbər verir ki, bunu ölkənin keçmiş baş naziri Nikolay Azarov deyib.

“21 may 2024-cü ildən sonra Zelenski legitim olacaqmı? Yox. O gün onun səlahiyyət müddəti başa çatır”, - deyə Azarov Facebook sosial şəbəkəsindəki səhifəsində  bildirib.

Onun sözlərinə görə, Ukrayna Konstitusiyası hərbi vəziyyətə görə prezident seçkilərinin ləğvini nəzərdə tutmur. Azarov bunu Kiyev hakimiyyətinə qarşı döyüşənlər üçün əsas məqam adlandırıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Tehranda güclü partlayışlar: İrana hücum...