Modern.az

Navalnının anası morqa buraxılmayıb, vəkilini qovublar...

Navalnının anası morqa buraxılmayıb, vəkilini qovublar...

Dünya

19 Fevral 2024, 11:14

Mərhum rusiyalı siyasətçi Aleksey Navalnının anası yenidən Salexarddakı morqa gedib, lakin cəsədlər arasında onun oğlunun olub-olmadığını demirlər.

 

Modern.az BBC-yə istinadən xəbər verir ki, bu barədə Navalnının mətbuat katibi Kira Yarmış məlumat verib.

 

“Onların içəri girməsinə icazə verilmir. Vəkillərdən biri sözün əsl mənasında qovuldu. Alekseyin cəsədinin orada olub-olmadığını soruşduqda, işçilər cavab vermir”, - o bildirib.

 

Qeyd edək ki, Navalnının ölümündən keçən 3 gün ərzində onun ailəsinə meyit verilməyib. Siyasətçinin həmkarları hesab edirlər ki, Navalnının cəsədi qəsdən qohumlarından gizlədilib.

 

Keçən həftə Xarp koloniyasına gedən Navalnının anası və vəkilləri Salexard meyitxanasına göndərilib. Amma orada deyiblər ki, onlarda Navalnının cəsədi yoxdur. Navalnının tərəfdaşlarının dediyinə görə, İstintaq şöbəsi hələ də ölümün səbəblərini müəyyənləşdirdiklərini və gələn həftədən tez istintaqı tamamlamayacaqlarını bildirib.

Bu xəbər ilə bağlı
Aleksey Navalnı vəfat etdi
Xəbəri oxu
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə