Modern.az

İsrail Braziliya Prezidentini arzuolunmaz şəxs elan etdi

İsrail Braziliya Prezidentini arzuolunmaz şəxs elan etdi

Dünya

19 Fevral 2024, 15:08

İsrailin xarici işlər naziri İsrael Kats Braziliya Prezidenti Luiz İnasiu Lula da Silvanı arzuolunmaz şəxs elan edib.

 

Modern.az TASS-a istinadən xəbər verir ki, o, bu barədə Braziliyanın İsraildəki səfiri ilə müzakirələrdən əvvəl deyib.

 

“Prezidentə çatdırmaq istərdim ki, biz onu bağışlamayacağıq və o, sözlərini geri götürərək üzr istəməyənə qədər İsraildə arzuolunmaz şəxs olacaq”, - nazir bildirib.

 

O, bu addımın Braziliya liderinin Qəzza zolağındakı müharibəni Holokostla müqayisə etdiyi üçün atıldığını deyib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə