Modern.az

Ermənistanda qadın məmur həbs edildi

Ermənistanda qadın məmur həbs edildi

Dünya

22 Fevral 2024, 10:02

Ermənistanda səhiyyə vəzarəti qurumunun departamentinin rəhbəri Kristina Abramyan həbs edilib.

 

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, Səhiyyə Müfəttişliyi Qurumunun Tibbi Yardım və Xidmətə Nəzarət Departamentinin rəhbəri Kristina Abramyan korrupsiyada ittiham olunur.

 

Bu barədə Korrupsiyaya Qarşı Mübarizə Komitəsinin mətbuat katibi Marina Ohancanyan bildirib.

 

K.Abrahamyan rüşvət almaqda təqsirləndirilir, onun saxlanılması ilə bağlı vəsatət məhkəməyə təqdim edilib.

 

Xəstəxanalardan birinin direktoru da Kristine Abramyanla birlikdə Korrupsiyaya Qarşı Mübarizə Komitəsinə aparılıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə