Almaniyada yeni ukraynalı miqrantların sayı 8 dəfə azalıb.
Modern.az xəbər verir ki, bu barədə Almaniya Federal Statistika İdarəsi məlumat yayıb.
2023-cü ilin sonunda Almaniyaya 277 minə yaxın ukraynalı daxil olub, 156 min nəfər isə çıxıb. Beləliklə, xalis miqrasiya 121 min nəfər təşkil edib.
2022-ci ildə bu rəqəm 8 dəfə çox olub: 960 min. Sonra müharibənin başlaması ilə əlaqədar Almaniyaya 1,1 milyon ukraynalı daxil olub, cəmi 138 min nəfər çıxıb.
Statistik qurum qeyd edir ki, müharibədən əvvəl Ukraynadan Almaniyaya 10 dəfə az miqrant axını olub: ildə təxminən 5000-7000.