Modern.az

Fransanın İrəvanda daimi hərbi müşaviri olacaq - NAZİR

Fransanın İrəvanda daimi hərbi müşaviri olacaq - NAZİR

23 Fevral 2024, 11:52

"Fransa lazım gələrsə, Ermənistanı digərləri ilə yanaşı, yaxın, orta və uzun mənzilli hava hücumundan müdafiə sistemləri ilə də təmin edəcək".

 

Modern.az "Sputnik Armenia"ya istinadən xəbər verir ki, bu barədə ölkənin müdafiə naziri Sebastyan Lekornu İrəvanda erməni həmkarı ilə birgə brifinqdə bildirib.

 

O, Fransanın gecəgörmə cihazları bağışladığını, "Bastion" zirehli maşınlarının da göndərilməsi üçün hazırlıqların aparıldığını bildirib: "Bütün bu vasitələrin müdafiə əhəmiyyəti var, onlar sərhədləri və əhalini qorumağı bacarmalıdır".

 

Lekornu bəyan edib ki, heç kim Fransanı Ermənistanla müdafiə sahəsində əməkdaşlığa görə tənqid edə bilməz: "Fransanın Ermənistanda daimi hərbi müşaviri olacaq".

 

Fransalı nazir həmçinin qeyd edib ki, Paris artıq ölkədə aparılan islahatlar kontekstində hava hücumundan müdafiə ilə bağlı proqramları təşviq etmək niyyətindədir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə