Modern.az

Kilsədə terror aktı törədilib - 15 ölü

Kilsədə terror aktı törədilib - 15 ölü

Dünya

25 Fevral 2024, 23:52

Burkina-Fasonun şimalındakı Essakane kəndində katolik kilsəsində törədilən terror aktı nəticəsində azı 15 nəfər həlak olub.

 

Modern.az xəbər verir ki, bu barədə “France-Presse” agentliyi yeparxiyanın rəhbəri Jan-Pyer Savadoqoya istinadən məlumat yayıb.

 

Məlumata görə, yaraqlıların hücumu nəticəsində daha iki nəfər yaralanıb.

 

Essakane kəndi Burkina-Faso, Mali və Niger arasında sərhəddə yerləşir.

 

Qeyd edək ki, 2015-ci ildən bəri Burkina-Fasoda terror hücumları nəticəsində 20 minə yaxın insan həyatını itirib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə