Modern.az

Gürcüstanda valideynlərin 10 faizi uşaqlarına qumar pulu verirmiş

Gürcüstanda valideynlərin 10 faizi uşaqlarına qumar pulu verirmiş

27 Fevral 2024, 09:54

Gürcüstanlı yeniyetmələrin 10%-nin valideynləri küçədə futbol oynamaqdansa evdə poker oynamağın daha yaxşı olduğuna inandıqları üçün övladlarına qumar oynamaq üçün pul verirlər.

 

Modern.az Gürcüstan mətbuatına istinadən xəbər verir ki, bunu UNICEF-in eksperti Quqa Beseliya parlamentin təhsil komitəsinin iclasında bildirib.

 

O deyib ki, daha çox valideyn uşaqları üçün qumar oyunlarını maliyyələşdirdiklərini belə bilmir.

 

“Biz təkcə yeniyetmələrlə deyil, həm də məktəb kollektivi, valideynlər və bütün cəmiyyətlə işləməliyik, çünki reabilitasiya mərkəzləri ilə ünsiyyət nəticəsində görürük ki, valideynlər ailə üzvlərinin nəinki pis olduğunu, əslində xəstə olduğunu başa düşmürlər.", - o əlavə edib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə