Modern.az

Azərbaycanla münasibətlərdə irəliləyiş var - Simonyan

Azərbaycanla münasibətlərdə irəliləyiş var - Simonyan

Dünya

27 Fevral 2024, 12:42

Ermənistan parlamentinin sədri Alen Simonyan Azərbaycan və Türkiyə ilə sülh şəraitində yaşamağın əleyhinə deyil.

Modern.az xəbər verir ki. A.Simonyan bu haqda jurnalistlərə açıqlamasında bildirib.


“Əgər kimsə başqa variant təklif etsə, mən hətta dinləməyə hazıram”, - o deyib.


Spiker qeyd edib ki, Ermənistanla Azərbaycan arasında münasibətlərdə irəliləyiş var.

Bir çox məsələlərdə geriləmə olduğunu vurğulayan Simonyan “görüş keçirirlərsə, bu, irəliləyiş deməkdir” deyib.

Xatırladaq ki, fevralın 28-29-da Berlində Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin sülh danışıqlarına dair növbəti görüşü keçiriləcək.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Xameneiyə qarşı gizli plan - Şok detallar üzə çıxdı