Türkiyənin Qars vilayətində yenidən zəlzələ olub.
Modern.az xəbər verir ki, bu barədə AFAD məlumat yayılıb.
Bildirilib ki, vilayətin Digör rayonunda baş verən yeraltı təkan Rixter şkalası üzrə 3.9 ballıq maqnituda ilə qiymətləndirilib.
Ocağı yerin 13.4 kilometr dərinliyində yerləşən zəlzələdən sonra itki və dağıntılar barədə məlumat verilməyib.