Modern.az

Paşinyan hədələdi: KTMT-dən tam çıxa bilərik!

Paşinyan hədələdi: KTMT-dən tam çıxa bilərik!

Dünya

28 Fevral 2024, 19:07

Ermənistanın hazırda KTMT-də daimi nümayəndəsi yoxdur.

 

Modern.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan bir müddət əvvəl ölkəsinin KTMT-də iştirakını dondurması ilə bağlı səsləndirdiyi fikirlərinə aydınlıq gətirərkən deyib.

 

O qeyd edib ki, Ermənistan uzun müddətdir ki, KTMT-nin yüksək və yüksək səviyyəli tədbirlərində iştirak etmir.

 

"Biz təşkilatda çox aydın və birmənalı şəkildə, xüsusən də strukturun məsuliyyət zonasının Ermənistanda yerləşməsi ilə bağlı suallar qaldırırıq. Hələ də cavab almamışıq", - Baş nazir qeyd edib.

 

“Əgər biz indi faktiki olaraq fəaliyyətimizi dondurmuşuqsa, o zaman məsələlər həllini tapmasa, de-yure bunu edəcəyik” –Paşinyan əlavə edib.

Sizə yeni x var
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə