Türkiyənin Muğla vilayətində yenidən zəlzələ qeydə alınıb.
Modern.az xəbər verir ki, bu barədə Kandilli Rəsədxanasının rəsmi X səhifəsində məlumat yayılıb.
Bildirilib ki, vilayətin Köyceğiz rayonunda baş verən yeraltı təkan Rixter şkalası ilə 3 ballıq maqnituda ilə qiymətləndirilib.
Ocağı yerin 6.8 kilometr dərinliyində yerləşən zəlzələdən sonra itki və dağıntılar barədə məlumat verilməyib.