Gürcüstanın səhiyyə naziri Zurab Azaraşvili istefa verib.
Modern.az Gürcüstan mətbuatına istinadən xəbər verir ki, istefanın səbəbi açıqlanmayıb.
Gürcüstanın baş nazirinin mətbuat xidməti məlumat yayıb ki, yeni səhiyyə nazirinin adı yaxın günlərdə məlum olacaq.
Azaraşvili 2021-ci ilin dekabrından Gürcüstanın Səhiyyə Nazirliyinə rəhbərlik edirdi.