Modern.az

İsraillə danışıqları davam etdirməyə hazırıq - HƏMAS

İsraillə danışıqları davam etdirməyə hazırıq - HƏMAS

Dünya

3 Mart 2024, 08:30

Fələstinin HƏMAS hərəkatı atəşkəs haqqında razılıq əldə olunarsa, vasitəçilərin iştirakı ilə İsraillə danışıqları davam etdirməyə hazırdır, lakin İsrail buna hazır deyil.

 

Modern.az xəbər verir ki, bunu HƏMAS-ın Siyasi bürosunun rəhbərinin müavini Musa Əbu Marzuk bildirib.

 

“Əgər atəşkəs olarsa, danışıqlar (İsraillə - red.) olacaq, lakin birbaşa deyil, vasitəçilərin iştirakı ilə. Amma bizim prioritetimiz Qəzza zolağının bərpası, humanitar yardımın göstərilməsi və hər iki tərəfdən məhbusların azad edilməsidir. Bundan sonra biz vasitəçilər sayəsində danışıqlara başlaya bilərik”, - deyə Marzuk qeyd edib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə