Modern.az

NATO-nun Skandinaviyadakı iki həftəlik təlimləri - DETALLAR

NATO-nun Skandinaviyadakı iki həftəlik təlimləri - DETALLAR

Dünya

4 Mart 2024, 16:26

NATO Skandinaviyada iki həftəlik təlimlərə başlayır.

 

Modern.az xarici mətbuata istinadən xəbər verir ki, Finlandiya, Norveç və İsveçin şimal bölgələrində keçiriləcək "Nordic Response 2024" təlimində 13 ölkədən 20 000-dən çox əsgər iştirak edəcək.

 

Təlimləer martın 15-dək davam edəcək. Belçika, Böyük Britaniya, Kanada, Danimarka, Fransa, Almaniya, İtaliya, Niderland, İspaniya və ABŞ-dan olan hərbi qulluqçular da təlidə iştirak edir. 2023-cü ilin aprelində NATO-ya qoşulan Finlandiya Rusiya ilə 1340 kilometr sərhədi bölüşür. Qonşu İsveç hazırda hərbi alyansa 32-ci üzv kimi qoşulmaq üçün rəsmiləşdirmə işlərini tamamlayır.

 

Təlimlər quruda, dənizdə və havada - 50-dən çox sualtı qayıq, freqat, korvet, aviadaşıyıcı və müxtəlif desant gəmiləri, 100-dən çox döyüş təyyarəsi, nəqliyyat təyyarələri, dəniz müşahidə təyyarələri və helikopterlərdə keçiriləcək. Təlimlərə rəhbərlik edən Norveç hərbçilərinin sözlərinə görə, şimal bölgəsinin müdafiəsi məşq ediləcək.

Sizə yeni x var
Keçid et
Tehranda güclü partlayışlar: İrana hücum...