Modern.az

Zəlzələ anında əməliyyatı dayandırmadılar - VİDEO

Zəlzələ anında əməliyyatı dayandırmadılar - VİDEO

6 Mart 2024, 00:48

Dünən səhər saatlarında Qazaxıstanın Almatı şəhərində 5 bal gücündə zəlzələ baş verib, şəhər sakinləri küçələrə çıxıb, insanlar binalardan evakuasiya edilib.

 

Modern.az "Kazinform"a istinadən xəbər verir ki, güclü təkanlara baxmayaraq, işlərini davam etdirənlər də olub.

 

Zəlzələ zamanı Almatı Milli Xəstəxanasında iki əməliyyat aparılırdı. Onlardan birini neyrocərrahlar həyata keçirib. 

 

Həkimlər zəlzələni hiss etsələr də, 36 yaşlı qadının əməliyyatını dayandırmayıblar.

 

“Əməliyyat otağı komandasının əsas cərrahı kimi mən bir seçim qarşısında qaldım: işçiləri evakuasiya etmək və onların təhlükəsizliyini təmin etmək, ya da xəstənin həyatını xilas etmək üçün hər şeyi riskə ataraq əməliyyatı davam etdirmək. Hər birimiz qorxu və qeyri-müəyyənliyə baxmayaraq, vəzifə və insanlıq lehinə seçim etdik. Biz işləməyə davam etdik və gücümüzün birlikdə olduğunu sübut edərək əməliyyatı uğurla başa vura bildik”, – deyə Neyrocərrahiyyə şöbəsinin müdiri Marat Sarşayev bildirib.

 

Zəlzələ anının görüntülərini təqdim edirik:

 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiya sərhədində 40 min əsgər - Döyüş üçün əmr gözləyir