Modern.az

Demokratlar İlon Maskın Rusiyaya xidmət göstərməsini ARAŞDIRIR

Demokratlar İlon Maskın Rusiyaya xidmət göstərməsini ARAŞDIRIR

7 Mart 2024, 17:20

ABŞ Nümayəndələr Palatasındakı demokratlar Rusiya qüvvələrinin "Starlink" terminallarını alması ilə bağlı məlumat fonunda İlon Maskın "SpaceX" şirkəti ilə bağlı araşdırmaya başlayıblar.

 

Modern.az xəbər verir ki, bu barədə "The Washington Post" məlumat yayıb.

 

Nəşr yazır ki, araşdırmanın məqsədi şirkətin Rusiyanın peyk internet xidmətindən istifadəsinin qarşısını almaq üçün müvafiq tədbirlər görüb-görmədiyini öyrənməkdir. Belə ki, şirkətə terminalların qanunsuz alınması ilə bağlı şikayətlər barədə hesabatların təqdim edilməsi tələbi ilə məktub göndərilib.

 

Qanunvericilər həmçinin vurğulayıblar ki, Rusiyanın təklif etdiyi "Starlinks"dən istifadə Ukraynanın təhlükəsizliyinə, ukraynalıların həyatına və ABŞ-ın milli təhlükəsizliyinə ciddi təhlükə yaradır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Tehranda güclü partlayışlar: İrana hücum...