Modern.az

Rusiya donanmasının baş komandanı işdən çıxarıldı 

Rusiya donanmasının baş komandanı işdən çıxarıldı 

Dünya

10 Mart 2024, 21:58

Rusiya Hərbi Dəniz Qüvvələrinin baş komandanı admiral Nikolay Evmenovun vəzifəsindən azad edildiyi deyilir.

 

Modern.az xəbər verir ki, bu barədə Rusiyanın “İzvestiya” və “Fontanka” nəşrləri məlumat yayıb.

 

Bildirilir ki, Şimal Donanmasının komandiri admiral Aleksandr Moiseyev baş komandan səlahiyyətlərini icra edəcək.

 

Komandanın dəyişdirilməsi barədə artıq Ali Baş Komandanlığın şəxsi heyətinə məlumat verilib.

 

Qeyd edək ki, Moiseyev 3 may 2019-cu ildən Şimal Donanmasına komandanlıq edib.

 

Rusiya hakimiyyət orqanları hələlik xəbərlərə münasibət bildirməyib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Tehranda güclü partlayışlar: İrana hücum...