Ermənistan baş naziri Nikol Paşinyan bu yaxınlarda istefa verən xüsusi tapşırıqlar üzrə səfir Edmon Marukyanın işindən narazı olduğunu bildirib.
Modern.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, Paşinyan bunu keçirdiyi mətbuat konfransında deyib.
Onun sözlərinə görə, narazılıq Marukyana aydın şəkildə bildirdiyi işlərdəndir:
"Üstəlik, son vaxtlar onunla ümumiyyətlə birbaşa əlaqə saxlamamışam və heç bir göstəriş verməmişəm".
Beləliklə, Paşinyanın fikrincə, Marukyanın istefası vəziyyətdən məntiqi çıxış yoludur.
Xatırladaq ki, Marukyan əvvəllər müxalif İşıqlı Ermənistan Partiyasının rəhbəri qismində parlament fraksiyasına başçılıq edib.