Avropa İttifaqı (Aİ) Ukraynaya 5 milyard avro məbləğində hərbi yardımın ayrılması ilə bağlı razılaşmaya gəlməyə çalışır.
Modern.az xəbər verir ki, bu barədə “The Financial Times” (FT) nəşri yazıb.
Nəşrin məlumatına görə, təşəbbüsün yekun təsdiqi sabah, martın 13-də baş tutacaq. Müqavilə üçüncü ölkələrdən Ukraynaya silahların ötürülməsini nəzərdə tutur.
Nəşrin mənbələri qeyd edirlər ki, sazişdə prioritet Avropa İttifaqı ərazisində istehsal olunan silahların ötürülməsi olacaq.