Modern.az

Ərdoğan 12 ildən sonra İraqa gedir

Ərdoğan 12 ildən sonra İraqa gedir

13 Mart 2024, 05:00

Türkiyə Xarici İşlər Nazirliyi İraq tərəfi ilə prezident Rəcəb Tayyib Ərdoğanın bu ölkəyə gözlənilən səfərini müzakirə edir.

 

Modern.az-ın xəbərinə görə, bu barədə jurnalistlərə Bağdadda səfərdə olan Türkiyə xarici işlər nazirinin müavini Ahmed Yıldız məlumat verib.

 

"Sabah (bu gün - red.) İraq Xarici İşlər Nazirliyində həmkarlarımızla görüşlər keçirəcək, ikitərəfli əlaqələri müzakirə edəcəyik. Xarici işlər nazirlərinin yaxın gələcəkdə baş tutacaq görüşünə, eləcə də Prezidentimizin İraqa səfərinə hazırlıq görəcəyik”, - TRT telekanalı Yıldızdan sitat gətirib.

 

Diplomat aydınlaşdırıb ki, söhbət Ərdoğanın “aprel ayının sonuna qədər” İraqa səfərindən gedir.

 

"Plana əsasən səfər aprelin sonuna qədər baş tutacaq. Prezidentimiz, 2012-ci ildə - o vaxt baş nazir kimi İraqa səfər etmişdi. O vaxtdan bəri İraq rəhbərliyinin Ankaraya səfərləri olub, ancaq dövlət səviyyəsində olmayıb. İndi belə bir səfərin vaxtı çatıb” , - Yıldız deyib.

 

Beləliklə, bu, Türkiyə liderinin son 12 ildə İraqa ilk rəsmi səfəri olacaq.

 

Ərdoğanın Bağdada səfəri İraqın şimalında yeni sərhədyanı hərbi əməliyyat ehtimalı ilə bağlı Ankaranın sərt ritorikası fonunda baş verir. Türkiyə liderinin özü daha əvvəl bəyan edib ki, “bu yay İraqla sərhəd təhlükəsizliyi məsələsi həll olunacaq”.

 

Ehtimal olunur ki, əməliyyatın məqsədi İraqın şimal rayonlarını 40 km dərinliyə qədər PKK terrorçularından təmizləmək olacaq.

Sizə yeni x var
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat