Modern.az

Finlandiya və İsveçin NATO-ya daxil olması mənasızdır - Putin

Finlandiya və İsveçin NATO-ya daxil olması mənasızdır - Putin

13 Mart 2024, 11:12

Rusiya prezidenti Vladimir Putin Finlandiya və İsveçin NATO-ya daxil olmasına münasibət bildirib.

 

Modern.az xəbər verir ki, Putin bu barədə prezident seçkiləri ərəfəsində RİA agentliyi və "Rossiya-1" televiziyasına verdiyi müsahibədə danışıb.

 

“Bu, Finlandiya və İsveçin öz milli maraqlarını təmin etmək baxımından tamamilə mənasız addımdır. Orada (Finlandiya sərhədində) qoşunlarımız yox idi, indi olacaqlar. Orada heç bir məhvetmə sistemləri yox idi, indi görünəcəklər”, - Putin söyləyib.



“Biz heç bir şəkildə heç bir seçkiyə müdaxilə etmirik və dəfələrlə dediyim kimi, biz Amerika xalqının, Amerika seçicisinin etibar etdiyi istənilən liderlə işləyəcəyik. Prezident kimi fəaliyyətinin son ilində, bugünkü prezidentliyə namizəd olan cənab Tramp, Baydenə rəğbət bəslədiyimə görə məni qınadı... O, söhbətlərin birində məndən soruşdu: Yuxulu Conun qalib gəlməsini istəyirsənmi? Və sonra təəccübləndim ki, Trampı təqib etməyə başladılar, çünki guya biz onu namizəd kimi dəstəkləmişik. Bu, tam cəfəngiyyatdır", - Rusiya prezidenti belə deyib.

 

O, Rusiya hökumətinin tərkibində aparılacaq dəyişikliklərə də toxunub: "Bu barədə seçkilərdən sonra, səslər hesablanandan sonra danışmaq lazımdır”. Mənə elə gəlir ki, indi bu barədə danışmağın vaxtı deyil. Amma ümumilikdə hökumət işləyir... Kifayət qədər qənaətbəxş işləyir".

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat