Modern.az

\"Luftwaffe\" Qəzzaya səmadan yardım atacaq

\

13 Mart 2024, 14:22

Almaniya Hərbi Hava Qüvvələri Qəzza zolağı səmasından humanitar yardım atacaq.

 

Modern.az xəbər verir ki, bu barədə "Bild" məlumat yayıb.

 

Almaniyanın müdafiə naziri Boris Pistorius Almaniya Hərbi Hava Qüvvələrinə bu yolla Qəzza zolağına humanitar yardımın çatdırılmasında iştirak etməyə icazə verəcək.

 

Pistorius bununla bağlı müvafiq sərəncam imzalayıb. İsrail tərəfi bundan əvvəl bildirmişdi ki, humanitar yardım daşıyan bir neçə 100 yük maşını hər gün Qəzza zolağına daxil olur, lakin çoxlu yardım əhaliyə çatmır.

 

İsrail tərəfinin açıqlamasında qeyd olunub ki, HƏMAS qruplaşması bunu özləri üçün götürür və sonra onu baha qiymətə əhaliyə satırlar. Bundan əlavə, qruplaşma nümayəndələri tez-tez yükləri müşayiət edən İsrail hərbçilərinə hücum edirlər.

Sizə yeni x var
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat