Türkiyənin xarici işlər naziri Hakan Fidan Azərbaycana səfər edəcək.
Modern.az-ın məlumatına görə, bu barədə Xarici İşlər Nazirliyinin sözçüsü Öncü Keçeli xəbər verib.
O, cümə günü Türkiyə-Azərbaycan-Gürcüstan Xarici İşlər Nazirləri Toplantısında iştirak edəcək.
Keçeli Cənubi Qafqazda sabitliyin, firavanlığın və sülhün Türkiyə üçün vacib olduğunu vurğulayıb.
Sözçü qeyd edib ki, Hakan Fidan Türkiyənin Ermənistan-Azərbaycan sülh prosesini dəstəklədiyini ABŞ tərəfinin diqqətinə çatdırıb.