Modern.az

ABŞ hərbçilərini Arktikadakı münaqişələrə hazırlayır

ABŞ hərbçilərini Arktikadakı münaqişələrə hazırlayır

Dünya

14 Mart 2024, 08:37

ABŞ ordusu Arktikadakı münaqişələrə əsgərləri fəal şəkildə hazırlayır.

 

Modern.az xəbər verir ki, bu barədə Amerikanın “Business Insider” nəşri məlumat yayıb.

Məlumata görə, buna səbəb Vaşinqtonun regionda Rusiya və Çinin fəallığından artan narahatlığıdır.

Qeyd olunub ki, Amerika ordusu soyuq iqlim şəraitində döyüş əməliyyatları üçün yeni strategiya hazırlayıb. Bundan əlavə, fevral ayında Alyaskada Amerika hərbçilərinin Arktikanın ekstremal şəraitinə uyğunlaşdırılması üçün genişmiqyaslı təlimlər keçirilib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat