Modern.az

Sabiq kənd təsərrüfatı naziri saxlanıldı

Sabiq kənd təsərrüfatı naziri saxlanıldı

Dünya

14 Mart 2024, 08:49

Qırğızıstanın keçmiş kənd təsərrüfatı naziri Erkinbek Çoduyev saxlanılıb.

 

Modern.az xəbər verir ki, bu barədə Qırğızıstan mediası məlumat yayıb.

 

Ona “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin yuyulması” maddəsi ilə cinayət işi başlanıb.

 

Bildirilib ki, Çoduyev “Limatex Cotton Corporation” MMC-nin rəhbəri olarkən şirkətin Oş və Cəlal-Abad vilayətlərindəki 50 hektardan çox torpaq sahəsini qanunsuz olaraq fiziki şəxslərə satıb.

 

İlkin məlumata görə o dövlətə 500 milyon som zərər vurub.

 

Şübhəli şəxs Milli Təhlükəsizlik Nazirliyinin müvəqqəti saxlanma təcridxanasına yerləşdirilib.

Çoduyev 2019-2020-ci illərdə nazir olub.

Sizə yeni x var
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat