Rusiya prezidenti Vladimir Putin seçkiyə gəlmək üçün əhaliyə müraciət edib.
Modern.az BBC-yə istinadən xəbər verir ki, beşinci müddətə namizədliyini irəli sürən Vladimir Putin videomüraciətində rusları prezident seçkilərində iştirak etməyə çağırıb.
Ötən gecə Rusiya televiziya kanallarında yayımlanan müraciətində Putin rusiyalılara deyib:
"Seçkilərə gəlin və vətəndaş və vətənpərvər mövqeyinizi ifadə etməyə, seçdiyiniz namizədə, sevimli Rusiyanın uğurlu gələcəyinə səs verməyə gəlin”.
Qeyd edək ki, Rusiyada prezident seçkiləri 15-17 mart tarixlərində davam edəcək.