Türkiyənin Kahramanmaraş vilayətində yenidən zəlzələ qeydə alınıb.
Modern.az xəbər verir ki, bu barədə Kandilli Rəsədxanasının rəsmi X səhifəsində məlumat yayılıb.
Bildirilib ki, vilayətin Andırın rayonunda baş verən yeraltı təkan Rixter şkalası üzrə 3.1 ballıq maqnituda ilə qiymətləndirilib.
Ocağı yerin 4.8 kilometr dərinliyində yerləşən zəlzələdən sonra itki və dağıntılar barədə məlumat verilməyib.