Modern.az

Hakan Fidan İraqdan Bakıya gəldi 

Hakan Fidan İraqdan Bakıya gəldi 

Dünya

15 Mart 2024, 00:28

Türkiyənin xarici işlər naziri Fidan İraqdan Azərbaycana gəlib.

 

Modern.az xəbər verir ki, bu barədə TRT kanalı məlumat yayıb.

 

Bildirilib ki, Fidan yerli vaxtla saat 23:55-də Bakıya çatıb.

 

Fidan sabah Türkiyə-Azərbaycan-Gürcüstan üçtərəfli xarici işlər nazirlərinin toplantısında iştirak edəcək.

 

O, həmkarları ilə ikitərəfli görüşlər keçirəcək və 11-ci Qlobal Bakı Forumunda iştirak edəcək.

Sizə yeni x var
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat