NATO-nun baş katibi Yens Stoltenberqin Cənubi Qafqaz regionu və Ermənistan-Azərbaycan münasibətlərinə də toxunan illik hesabatı təqdim olunub.
Modern.az xəbər verir ki, hesabatda Yens Stoltenberq bildirib ki, NATO həm Ermənistanı, həm də Azərbaycanı müxtəlif mövcud formatlar çərçivəsində konstruktiv fəaliyyətə çağırır və humanitar məsələlərin həllinin vacibliyini vurğulayır.
Bildirilib ki, NATO həm də inkişaf və uyğunlaşdırılmış assosiasiya proqramları vasitəsilə iki ölkə, Ermənistan və Azərbaycanla daha güclü tərəfdaşlıq əlaqələri saxlamağa çalışır.
“NATO regiondakı tərəfdaş ölkələrin ərazi bütövlüyünü, siyasi müstəqilliyini və suverenliyini dəstəkləyir”, - Stoltenberq hesabatda bildirib.