Modern.az

Ermənistan Avropa İttifaqına üzvlük üçün müraciət edə bilər

Ermənistan Avropa İttifaqına üzvlük üçün müraciət edə bilər

Dünya

15 Mart 2024, 10:09

Ermənistan Avropa İttifaqına (Aİ) üzvlük üçün müraciət edə bilər.


Modern.az-ın məlumatına görə, bunu Avropa İttifaqının Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrelin mətbuat katibi  Peter Stano “İzvestiya”ya bildirib.
 

O qeyd edib ki, ölkələrin öz xalqlarının daha yaxşı gələcəyi üçün səy göstərmək hüququ var:
 

"Belə bir gələcəyi necə təmin edəcəklərinə qərar verməkdə sərbəstdirlər. Aİ-yə üzvlük məsələsinə gəlincə, hər bir Avropa ölkəsi, onun xalqı və hökuməti Aİ-yə üzvlük üçün müraciət etmək istəyib-istəməməsinə qərar verməlidir”.
 

Stano xatırladıb ki, ölkə Avropa İttifaqına üzv olmaq üçün ərizə təqdim edən kimi üzv dövlətlər tərəfindən müzakirə edilir və daha sonra onlar Aİ müqavilələri və müəyyən edilmiş standartlar əsasında müvafiq qərar qəbul edirlər.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat