Modern.az

Gürcüstanda azərbaycandilli və ermənidilli tələbələrlə bağlı YENİLİK

Gürcüstanda azərbaycandilli və ermənidilli tələbələrlə bağlı YENİLİK

15 Mart 2024, 17:35

Gürcüstanda gürcü dilini öyrənən azərbaycandilli və ermənidilli tələbələr üçün maliyyələşdirmə proqramını genişləndirilib.

 

Modern.az "Sputnik Georgia"ya istinadən xəbər verir ki, bu barədə Gürcüstanın Elm və Təhsil Nazirliyi məlumat yayıb.

 

2024-2025-ci tədris ilindən Gürcüstan vətəndaşı olan 400 tələbə maliyyələşdiriləcək: 200 ermənidilli və 200 azərbaycandilli tələbə.

 

Proqramın iştirakçıları bir il ərzində Gürcüstanın dövlət universitetlərində gürcü dilini öyrənəcəklər. Gürcüstanda hazırlıq kursunu və bakalavr təhsilini dövlət maliyyələşdirəcək.

Sizə yeni x var
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi