Modern.az

Rusiya seçkiləri: Fəallıq 58%-i keçdi

Rusiya seçkiləri: Fəallıq 58%-i keçdi

Dünya

16 Mart 2024, 23:42

Rusiyadakı prezident seçkilərində səsvermənin ikinci gününün sonuna qədər seçici fəallığı 58,45% təşkil edib.

 

Modern.az xəbər verir ki, bu barədə Rusiya Mərkəzi Seçki Komissiyasının saytı məlumat yayıb.

 

Sonuncu seçki məntəqələri bu gün, martın 16-da, Moskva vaxtı ilə saat 21:00-da Kalininqrad vilayətində bağlanıb. Sabah səsvermənin son günü olacaq. Rusiyada prezident seçkiləri ilk dəfə üç gün ərzində keçirilir.

 

Məsafədən elektron səsvermə sistemindən istifadə etməklə artıq 4 milyon 181 min 388 nəfər səs verib.

Sizə yeni x var
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat