Modern.az

Seçkilərdə uduzsam, ABŞ “qan gölünə” çevriləcək - Tramp

Seçkilərdə uduzsam, ABŞ “qan gölünə” çevriləcək - Tramp

17 Mart 2024, 09:32

ABŞ-nin keçmiş lideri Donald Tramp noyabrda keçiriləcək prezident seçkilərində qalib gəlmədiyi təqdirdə ABŞ-nin “qan gölünə” çevriləcəyinə inanır.

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, siyasətçi Daytonda tərəfdarları qarşısında çıxışı zamanı: “Mən seçilməsəm, qan gölməçəsi olacaq. Və bu, baş verəcək ən kiçik şeydir. Bu ölkə qan gölünə çevriləcək”, - deyib.

 

Tramp bildirib ki, builki seçiklər əhəmiyyətinə görə əvvəlki seçkiləri üstələyir: “Biz tənəzzüldəyik. Amma biz hər şeyi dəyişəcəyik. Biz ABŞ-ni yenidən böyük ölkəyə çevirəcəyik”.

 

Tramp artıq Respublikaçılar Partiyasından ABŞ prezidentliyinə namizəd olmaq üçün lazımi sayda nümayəndə səsini toplayıb. İkinci müddətə namizədliyini irəli sürən hazırkı dövlət başçısı Co Bayden də Demokratlar Partiyasından kifayət qədər sayda nümayəndənin dəstəyini qazanıb.

 

ABŞ-də prezident seçkiləri noyabrın 5-də keçiriləcək.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?