Türkiyənin Kırşəhər şəhərində avtobusun iştirakı ilə baş vermiş yol-nəqliyyat hadisəsi 15 nəfərin yaralanması ilə nəticələnib.
Modern.az “TRT Haber”ə istinadən xəbər verir ki, Ankaradan Kayseriyə hərəkət edən sərnişin avtobusu şəhərin Mucur rayonu ərazisində xəndəyə aşıb.
Qəzada yaralanmış sürücü də daxil olmaqla 15 nəfər Mucur və Kırşehirdəki xəstəxanalara aparılıb.
Yaralıların həyati təhlükəsinin olmadığı açıqlanıb.