Türkiyə Fəhlə Partiyası (TİP) 31 martda keçiriləcək yerli seçkilərdə Hatay bələdiyyəsinin sədrliyinə namizəd göstərdiyi Gökhan Zanı geri çəkdiyini açıqlayıb.
Modern.az xəbər verir ki, bu barədə partiyanın rəsmi X səhifəsində paylaşım edilib.
Səbəb kimi Zanın partiyanın müsbət yanaşmadığı əlaqələrə girməsinə dair iddiaların öyrənilməsi olduğu qeyd olunub.
Kamuoyuna saygıyla duyururuz. pic.twitter.com/WlgpJ5IbAZ
— Türkiye İşçi Partisi (@tipgenelmerkez) March 17, 2024
Bundan sonra namizəd öz X səhifəsində açıqlama yayaraq partiyanın qərarına rəğmən namizədlikdən çəkilməyəcəyini və seçkilərdə iştirak edəcəyini, montaj səs yazısı ilə ona qarşı qarayaxma kampaniyası aparıldığını bəyan edib.
Çok Net Söylüyorum:
— Gökhan Zan (@GokhanZanResmi) March 17, 2024
ADAYIM ve ÇEKİLMİYORUM! pic.twitter.com/JnK1PJsEP9
Qeyd edək ki, bundan əvvəl Zan İYİ Partiyadan deputatlığa namizəd göstərilmişdi. Türkiyə Fəhlə Partiyasının bir sıra vilayətlərdəki yerli strukturları onun partiyadan namizəd olması elan olunan vaxt etiraz əlaməti olaraq kollektiv istefa vermişdilər.