Modern.az

Gürcüstanda respirator infeksiyalar yayılıb

Gürcüstanda respirator infeksiyalar yayılıb

18 Mart 2024, 12:06

Gürcüstanda mövsümi virusların pik həddi keçib, lakin respirator infeksiyalar hələ də aktivdir.

 

Modern.az xəbər verir ki, bunu Gürcüstan mətbuatına Mərkəzi Uşaq Xəstəxanasının direktoru İvan Çxaidze deyib.

 

"Dekabrın ikinci yarısından indiyədək klinikalara müraciətlərin sayı yüksək olaraq qalıb. A qrupu virusuna yoluxma halları azalıb, respirator sinsitial virus geniş yayılıb və koronavirusa yoluxma halları da təsdiqlənib", - deyə o söyləyib.

 

İnfeksionistlərin fikrincə, martın sonunda Gürcüstanda qripə yoluxanların sayı azalmağa başlayacaq.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Tehranda güclü partlayışlar: İrana hücum...