Modern.az

Ermənistan 8 iranlını öz ölkəsinə təhvil verdi

Ermənistan 8 iranlını öz ölkəsinə təhvil verdi

19 Mart 2024, 15:12

Bu gün Ermənistan həbsxanalarında 8 İran vətəndaşı öz ölkəsinə təhvil verilib.

 

Modern.az-ın məlumatına görə, bunu İranın ədliyyə nazirinin insan haqları və beynəlxalq məsələlər üzrə müavini Əsgər Calalian deyib.

 

Ə.Calalianın sözlərinə görə, bununla yanaşı, Yaponiya da bir iranlı məhbusu İrana təhvil verib.

 

Calalian əlavə edib ki, məhbuslar qalan məhbusluq müddətini İran həbsxanalarında keçirəcəklər.

 

İranlı rəsmi İran vətəndaşlarını başqa ölkələrə səfər edərkən diqqətli olmağa çağırıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Tehranda güclü partlayışlar: İrana hücum...