Modern.az

Xarkov qaranlığa qərq oldu

Xarkov qaranlığa qərq oldu

22 Mart 2024, 17:41

Xarkov şəhəri tamamilə enerjisiz qalıb. 

 

Modern.az xəbər verir ki, bu barədə şəhərin meri İqor Terexov bildirib.

 

Onun sözlərinə görə, mərkəzləşdirilmiş su təchizatı və istilik sistemi demək olar ki, işləmir, küçələrdə işıqforlar sönüb, elektrik nəqliyyatı dayanıb. Şəhərdə vahid qaynar xətt fəaliyyətə başlayıb, təcili yardım telefonları söndürülüb.

 

Bundan əvvəl “Ukrenerqo” enerji şirkətinin rəhbəri Vadim Kudritski bildirib ki, ölkənin enerji sistemi ən güclü hücuma məruz qalıb. 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Azərbaycanı təhdid etdi - Rusiya Zəngəzur dəhlizindən pay istəyir