Modern.az

Ukraynanın bu hadisə ilə heç bir əlaqəsi yoxdur - Podolyak

Ukraynanın bu hadisə ilə heç bir əlaqəsi yoxdur - Podolyak

23 Mart 2024, 00:43

Ukraynanın əlbəttə ki, “Crocus City Hall”dakı atışma, partlayışlar ilə heç bir əlaqəsi yoxdur.

 

Modern.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Ofisinin rəhbərinin müşaviri Mixail Podolyak özünün “X” səhifəsində yazıb.

 

O qeyd edib: “Ukrayna iki ildən artıqdır ki, Rusiya ordusu ilə müharibə aparır və bu müharibədə hər şey yalnız döyüş meydanında həll olunacaq. Terror hücumları heç bir problemi həll etmir.

 

Ukrayna heç vaxt terror üsullarına əl atmayıb. Həmişə mənasızdır”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Azərbaycanı təhdid etdi - Rusiya Zəngəzur dəhlizindən pay istəyir