Modern.az

Latviya rus diplomatı ölkədən qovur

Latviya rus diplomatı ölkədən qovur

27 Mart 2024, 22:31

Rusiya Federasiyasının Latviyadakı müvəqqəti işlər vəkili Oleq Zıkov bu ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb.

 

Modern.az xəbər verir ki, bu barədə Latviya Xarici İşlər Nazirliyi məlumat yayıb.

 

Nazirlikdə diplomata kəskin etiraz bildirilib. Buna səbəb kimi “səfirliyin qəbuledilməz və təxribat xarakterli açıqlamaları” göstərilib. 

 

Məlumata görə, rusiyalı diplomatlardan biri "persona non-qrata" elan edilib, o, aprelin 10-dək respublikanı tərk etməlidir.

 

Rusiya Xarici İşlər Nazirliyi diplomatın ölkədən çıxarılmasına cavab verəcəyini bildirib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?